TOP 10

ÇL-in pley-off mərhələsinə yekun vuruldu

Futbol
Tarix: 2020-10-01 01:04

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin son 3 matçı keçirilib. Sport24.az xəbər verir ki, son oyun günündəki qarşılaşmaların ardından Avropanın ən nüfuzlu klub turnirində qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşib.


PAOK Rusiyada 1:2 hesabı ilə uduzduğu “Krasnodar”ı qəbul edib. Səfərdə də qələbə qazanan Rusiya təmsilçisi növbəti mərhələyə yüksəlib.


İlk görüşdə bu hesabla qələbə qazanmış “Zalsburq” Avstriyada İsrailin “Makkabi” (Təl-Əviv) komandasını sınağa çəkib. İnamlı qələbə Avstriya təmsilçisini növbəti mərhələyə çıxarıb.


“Midtyulland” isə Çexiyada qolsuz heç-heçə etdiyi “Slaviya” ilə Danimarkada üz-üzə gəlib. Meydan sahibləri bu görüşdə darmadağına seviniblər.


Qalib komandalar yollarına Çempionlar Liqasının, məğlublar isə Avropa Liqasının qrup mərhələsində davam edəcəklər.


Qeyd edək ki, ötən gecə Ukraynanın “Dinamo” (Kiyev), Macarıstanın “Ferentsvaroş” və Yunanıstanın “Olimpiakos” komandaları qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanıb. Belçikanın “Gent”, Norveçin “Molde” və Kiprin “Omoniya” klubları isə Avropa Liqasının qrup mərhələsində çıxış edəcək.


UEFA Çempionlar Liqası
Pley-offun cavab oyunları

30 sentyabr


PAOK (Yunanıstan) – Krasnodar (Rusiya) 1:2 (İlk oyun – 1:2)
Qol: El-Kadduri, 77 – Mixalidis, 73-öz qapısına. Qabeliya, 78.


Zalsburq (Avstriya) – Makkabi (Təl-Əviv, İsrail) 3:1 (2:1)
Qol: Daka, 16; 68. Soboslai, 45-pen – Karzev, 30.


Midtyulland (Danimarka) – Slaviya (Praqa, Çexiya) 4:1 (0:0)
Qol: Kaba, 65. Şolts, 84-pen. Onyeka, 88, Dreyer, 90 – Olayinka, 3.

football24
21 Oktyabr 2020
20 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB