TOP 10

"Legiya"nın baş məşqçisi "Qarabağ"a qarşı necə oynamalı olduqlarını incələdi: "Fərqli "11-lik" buraxmağımız lazımdı"

Futbol
Tarix: 2020-09-30 10:00

"Qarabağ"la oyunda topu itirdikdən sonra məni ən çox komandanın meydandakı dinamikası maraqlandırır. Bu komanda ilə oynamağın yolu meydanın rəqibə aid hissəsində onlara qarşı güclü təzyiq etmək və hücumların qarşısını almaqdır. Əks halda, təhlükəli əkshücumlar təşkil edə bilərlər". Sport24.az xəbər verir ki, bu fikirləri Polşa "Legiya"sının baş məşqçisi Çeslav Mixneviç Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.

 

Eyni zamanda Polşanın U-21 yığmasına da rəhbərlik edən 50 yaşlı mütəxəssis Azərbaycan çempionu ilə matçda meydana fərqli "11-lik"lə çıxacaqlarını söyləyib: "Xüsusən, meydanın mərkəzini gücləndirməliyik. Bunu yaxşı ideya hesab edirəm. Legionerlər isə cinahlardan sürətli hücuma keçməlidirlər. Kosovo çempionu "Drita" ilə matçdan fərqli olaraq meydana başqa heyət buraxmaq lazımdı. Çünki bu dəfə daha çox qol epizodu yaratmalıyıq".

 

Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək "Legiya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

 

football24
21 Oktyabr 2020
20 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB