TOP 10

AFFA ali futbol qurumlarına müraciət edib: "Ermənistan Futbol Federasiyasının bəyanatı vəhşilikdi"

Futbol
Tarix: 2020-09-30 11:00

Sentyabrın 28-də AFFA FİFA və UEFA-ya müvafiq məktublar göndərib. Burda 13 yaşlı futbolçu Şəhriyar Qurbanovun erməni təcavüzkarları tərəfindən Azərbaycanın mülki əhalisinə və infrastrukturuna yönəlmiş hücumları nəticəsində həlak olmasından bəhs edilib.

 

Buna cavab olaraq, Ermənistan Futbol Federasiyası Azərbaycan tərəfini yalan məlumat yaymaqda günahlandıraraq AFFA-ya qarşı UEFA və FİFA-ya şikayət etmək niyyətində olduqları barədə absurd bir açıqlama verib. Məhz nəyin yalan olmasını federasiyada izah etməyiblər. AFFA isə 13 yaşlı futbolçunun işğalçıların əli ilə öldürülməsi ilə bağlı konkret fakt barədə danışıb. 
 

Sport24.az az xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bu məlumat daxilində bir çox maraqlı şeyləri izah edib: "İki gün əvvəl 13 yaşlı oğlan Şəhriyar Qurbanovun mülki əhaliyə hücum nəticəsində öldürüldüyü barədə faciəvi xəbər gəldi. Bizim nümayəndələr bu oğlanı tanıdılar, AFFA-nın bazasına daxil olaraq ona əmin oldular ki, müxtəlif yaş liqalarında "Naftalan" klubunda oynayıb. Təəssüf ki, həyatı yeni başlayan yeninyetmə bir oğlanı itirdik.

 

Futbol ailəsinin üzvünü itirdik. Buna müvafiq olaraq FİFA və UEFA-ya məlumat verdik, çünki Azərbaycan futbol ailəsinin üzvü Avropada və dünyada futbol ailəsinin də bir üzvüdür. Həm də hamımızı şoka salan bu acınacaqlı itki barədə ali orqanlara, bu halda FIFA və UEFA-ya məlumat vermək vəzifəmiz idi. Bu, bir daha bütün dünyaya göstərir və sübut edir ki, təcavüzkar ərazimizdə olmaqla mülki insanlara hücum edir.
 

Ermənistan Futbol Federasiyasının açıqlamaları absurd və vəhşilikdi. Azərbaycan futbolu funksionerlərinin açıqlamaları ilə bağlı şikayətlərinə gəlincə, ölkənin hər bir vətəndaşı bayrağımızın Dağlıq Qarabağ ətrafında və Dağlıq Qarabağın özündə işğal olunmuş yeddi rayonun üstündə qalxacağı anı səbirsizliklə gözləyir".
 

Elxan Məmmədov onu da bildirib ki, indi erməni tərəfi başqa bir məsələyə görə də qarışığa düşüb: "Bir-iki həftə əvvəl UEFA-ya "Lernian Artsax" klubu ilə bağlı sorğu göndərdik. Hansı ki məlumatlarımıza görə, əvvəlcə Xankəndində qeydiyyatdan keçmişdi, deməli, onun yalnız Azərbaycan çempionatında oynamaq hüququ var. Ancaq bu klub qeydiyyatdan keçdikdən sonra tanınmamış DQR çempionatında çıxış edib və daha sonra Ermənistan çempionatına keçib. Onların bu çempionatda iştirak etmək üçün qanuni hüquqları yoxdur. Üstəlik, klub əvvəlcə qanunsuz olaraq qeydiyyatdan keçib. UEFA-dan işi araşdırmasını və bu klubun qanuniliyi barədə bizə məlumat verməsini xahiş etdik".
 

İcraçı vitse-prezident AFFA-nın "Legiya" - "Qarabağ" oyunu ilə əlaqədar AFFA-nın UEFA-ya müraciətindən də danışıb: “AFFA UEFA-ya müraciət etdi və Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Polşada keçiriləcək "Legiya" - "Qarabağ" matçı ərəfəsində əlavə təhlükəsizlik tədbirlərini xahiş etdi. UEFA buna tez reaksiya göstərdi və matç üçün təhlükəsizlik nümayəndəsi təyin etdi. Əlbəttə ki, Ermənistan vətəndaşlarının əvvəlki təxribatlarını nəzərə alsaq.
 

Xüsusilə ötən Avropa Liqasında "Düdelanj" - "Qarabağ" qarşılaşmasını, ermənilərin stadionun üstündə dron uçurtduğunu xatırlayırıq. Üstəlik, o, kənardan qaldırılaraq komandamıza tərəf yönəldilib. Xoşbəxtlikdən heç kim zərər görməyib. Ancaq UEFA nümayəndələri o vaxt matçı 20 dəqiqə dayandırdılar ki, qarşılaşma sonradan davam etdirildi. 

 

Bu faktları nəzərə alaraq, UEFA əlavə təhlükəsizlik nümayəndəsi təyin etdi. Biz təhlükəsizliyin ən yüksək səviyyədə təşkil olunmasını təmin etmək üçün Polşa Futbol Federasiyasına da müraciət etdik" (1news.az). 
 

 

football24
30 Oktyabr 2020
29 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB