TOP 10

“Fənərbaxça” legionerini icarəyə göndərdi

Dünya Futbolu
Tarix: 2020-09-30 18:42

“Fənərbaxça” isveçrəli hücumçusu Mixael Frayı yenidən icarəyə göndərib. Sport24.az xəbər verir ki, 26 yaşlı futbolçu qarşıdakı mövsümü Belçikanın “Vasland-Beveren” klubunda keçirəcək.
 

Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. Frayın Belçika klubuna 1 illik icarəyə verildiyi diqqətə çatdırılıb.


Fray 2018-ci ildən “Fənərbaxça”dadır. O, geridə qalan mövsümü Almaniyanın “Nürnberq” klubunda icarədə keçirib. Mixael “Yanq Boyz”, “Lill”, “Lütsern” və “Sürix”də də forma geyinib.

football24
30 Oktyabr 2020
29 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB