TOP 10

PSJ qapıçısını icarəyə verdi

Dünya Futbolu
Tarix: 2020-09-30 13:30

Fransa çempionu PSJ qapıçısı Marçin Bulkanı icarəyə göndərib. Sport24.az xəbər verir ki, polşalı qolkiper qarşıdakı mövsümü İspaniyanın “Kartaxena” klubunda keçirəcək.


Bu barədə “Kartaxena”nın rəsmi saytı məlumat yayıb. 20 yaşlı qolkiperin icarə müddəti bir il nəzərdə tutulub.


Qeyd edək ki, Bulka 2019-cu ildə “Çelsi”dən PSJ-yə transfer olunub. O, Paris klubunun əsas komandasında cəmi iki rəsmi oyuna çıxıb. Marçin həm də Polşanın gənclərdən ibarət yığmasının üzvüdür.

football24
30 Oktyabr 2020
29 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB