TOP 10

UEFA Ermənistandakı Avroliqa matçının yerini dəyişdirdi - millimizin qalib gəldiyi stadionda

Dünya Futbolu
Tarix: 2020-09-29 22:14

UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Ermənistanın “Ararat” və Serbiyanın "Srvena Zvezda" komandaları arasında keçiriləcək oyunun yerini dəyişdirəsi olub. Sport24.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun rəsmi saytı məlumat yayıb.


Qarşılaşma oktyabrın 1-də Kiprin paytaxtı Nikosiyadakı GSP stadionunda təşkil olunacaq. Matça Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. Hazırda Ermənistanda hərbi rejim hökm sürür. Serbiya klubu bununla əlaqədar sözügedən ölkəyə getməkdən imtina etdiyi üçün, oyunun yeri dəyişdirilib.
 

Xatırladaq ki, millimiz UEFA Millətlər Liqasında həmin arenada Kipr yığmasını 1:0 hesabıyla məğlub edərək ilk qələbəsini qazanıb. 

football24
26 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB