TOP 10

"Real" azərbaycanlı futbolçunun komanda yoldaşını transfer edir

Futbol
Tarix: 2020-09-30 10:30

"Vulverhempton"un futbolçusu Raul Ximenes karyerasını İspaniyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Real" meksikalı hücumçunu heyətinə qatmaq istəyir.

 

Belə ki, Madrid təmsilçisinin baş məşqçisi Zinəddin Zidan 29 yaşlı forvardın transferində şəxsən maraqlıdır. Klubların yaxın vaxtlarda danışıqlara başlayacağı bildirilib. Ximenes cari mövsümdə İngiltərə Premyer Liqasında meydana çıxdığı 3 oyunda 2 qol vurub.

 

Xatırladaq ki, Azərbaycan millisinin hücumçusu, hazırda icarə əsasında İsveçrənin "Qrasshoppers" klubunda çıxış edən Renat Dadaşov da müqavilə ilə "Vulverhempton"a məxsusdur.

football24
30 Oktyabr 2020
29 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB