TOP 10

Faruk Hadjibeqiç: “Azərbaycanla oyunda bunu təsdiqləməliyik”

Futbol
Tarix: 2020-09-29 18:00

“Kipr və Lüksemburqla oyunlarda iştirak edən heyətə güvənmək qərarına gəldim. Bütün oyunçuların sağlam və formada olmalarına sevinirəm. Ümidvaram ki, qarşıdakı matçlara qədər zədələnməzlər”. Sport24.az bunu Monteneqro yığmasının baş məşqçisi Faruk Hadjibeqiç Millətlər Liqasının qrup mərhələsində Azərbaycan və Lüksemburqla keçiriləcək oyunlar barədə deyib.

 

Qarşıdakı matçların 23 nəfərlik heyətini açıqlayan 63 yaşlı mütəxəssis komandasına güvəndiyini bəyan edib: “İlk iki matçdakı qələbəyə baxmayaraq, rəqiblər kimi sıfırdan başlayacağıq. İndiyə qədər topladığımız 6 xal qrup birinciliyi üçün zəmanət deyil. Sadəcə, yarışın davamında keyfiyyətli iş və yüksək səviyyədə oyun ortaya qoymaq üçün stimuldur. Azərbaycan və Lüksemburqla görüşlərdə indiyə qədər qazandığımız xalları təsdiqləməliyik. Bundan ötrü maksimum motivasiya, konsentrasiya, istək və nizam-intizama ehtiyacımız olacaq”.

 

Hadjibeqiç matçların boş tribunalar önündə keçirilməsini onlar üçün mənfi hal edir və belə durum üçün məyusdu: "Azərkeşlərim dəstəyi həmişə böyük əhəmiyyət kəsb edir. Bizi evlərində televiziya qarşısında dəstəkləyəcək azarkeşlərimizi sevindirmək öz əlimizdədir”.

 

Qeyd edək ki, Monteneqro yığması C liqasının 1-ci qrupu çərçivəsində oktyabrın 10-da Azərbaycan, 13-də isə Lüksemburqu qəbul edəcək.

football24
30 Oktyabr 2020
29 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB