TOP 10

Monteneqro yığması millimizin oyunun heyətini açıqladı

Futbol
Tarix: 2020-09-29 16:55

Monteneqro yığması Millətlər Liqasının qrup mərhələsində Azərbaycan və Lüksemburqa qarşı keçiriləcək oyunların heyətini açıqlayıb. Sport24.az xəbər baş məşqçi Faruk Hadjibeqiç müvafiq olaraq oktyabrın 10-da və 13-də Podqoritsada baş tutacaq qarşılaşmalara 23 oyunçu dəvət edib.

 

Onlardan 3-ü qapıçı, 6-sı müdafiəçi, 10-u yarımmüdafiəçi, 4-ü isə hücumçudur.

 

Qapıçılar: Daniel Petkoviç (“Anje”, Fransa), Milan Miyatoviç (MTK, Macarıstan), Matiya Şarkiç (“Vulverhempton”, İngiltərə)
 

Müdafiəçilər: Stefan Saviç (“Atletiko”, İspaniya), Marko Şimiç (“Liepaya”, Latviya), Zarko Tomaşeviç (“Astana”, Qazaxıstan), Adam Maruşiç (“Latsio”, İtaliya), İqor Vuyaçiç (“Partizan”, Serbiya), Momkilo Raspopoviç (“Riyeka”, Xorvatiya)


Yarımmüdafiəçilər: Marko Bakiç, Deni Hoçko (hər ikisi “Muskron”, Belçika), Nikola Vukçeviç (“Levante”, İspaniya), Vladimir Yovoviç (“Yablonets”, Çexiya), Aleksandar Şçekiç (“Partizan”, Serbiya), Marko Yankoviç (“Spal”, İtaliya), Neboyşa Kosoviç (“Kayrat”, Qazaxıstan), Aleksandar Boljeviç (“Standard”), Belçika, Sead Hakşabanoviç (“Norrçepinq”, İsveç), Vukan Saviçeviç (“Samsunspor”, Türkiyə)
 

Hücumçular: Fatos Beçiray (“Visla”, Polşa), Stevan Yovetiç (“Monako”, Fransa), Stefan Muqoşa (“İnkon Yunayted”, Cənubi Koreya), Dino İslamoviç (“Rusenborq, Norveç).

 

 

football24
26 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB