TOP 10

Kiyev “Dinamo”su pley-offda - ÇL

Futbol
Tarix: 2020-09-30 00:55

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.


Üçüncü təsnifat mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Molde” də cavab oyununa bu gün çıxıb. İlk oyunda Macarıstanın “Ferentsvaroş” klubuyla 3:3 hesablı heç-heçə edən norveçlilər, bu dəfə rəqibiylə səfərdə qarşılaşıb. Qolsuz bitən matç macarları növbəti mərhələyə çıxarıb.


Yunanıstanın “Olimpiakos” klubu Kipr “Omoniya”sı ilə, Kiyev “Dinamo”su isə Belçika “Gent”i ilə qarşılaşıb. Kiprdəki görüşdə də hesab açılmayıb. Kiyevdə isə inamlı qələbəyə sevinən Ukrayna klubu mərhələ adlayan tərəf olub.


Pley-off mərhələsinin digər cavab oyunları sabah keçiriləcək.


UEFA Çempionlar Liqası
Pley-offun cavab oyunları

29 sentyabr


Omoniya (Nikosiya, Kipr) – Olimpiakos (Yunanıstan) 0:0 (ilk oyun – 0:2)


Ferentsvaroş (Macarıstan) – Molde (Norveç) 0:0 (3:3)


Dinamo (Kiyev, Ukrayna) – Gent (Belçika) 3:1 (2:1)
Qol: Buyalski, 9. De Pena, 36-pen. Q.Rodriqes, 49-pen.


30 sentyabr


23:00 PAOK (Yunanıstan) – Krasnodar (Rusiya) (1:2)

23:00 Zalsburq (Avstriya) – Makkabi (Təl-Əviv, İsrail) (2:1)

23:00 Midtyulland (Danimarka) – Slaviya (Praqa, Çexiya) (0:0)

football24
30 Oktyabr 2020
29 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB