TOP 10

“Qarabağ”ın yeni transferi ilk dəfə yığmaya çağırıldı

Futbol
Tarix: 2020-09-28 16:00

Futbol üzrə Kabo-Verde millisinin Andorra və Qvineya yığmaları ilə yoldaşlıq oyunları üçün heyəti açıqlanıb. Sport24.az xəbər verir ki, baş məşqçi Pedro Leytao Brito (Bubista) 27 oyunçuya dəvət göndərib.


Onların arasında "Qarabağ"ın yeni transferi Patrik Andrade də var. 27 yaşlı yarımmüdafəçi ilk dəfə milli komandaya çağırılıb.


Qeyd edək ki, Kabo-Verde Andorra ilə oktyabrın 7-də, Qvineya ilə oktyabrın 10-da qarşılaşacaq.

football24
26 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB