TOP 10

"Qarabağ"ın Polşaya səfəri təxirə salına bilər - səbəbi...

Futbol
Tarix: 2020-09-28 11:40

Avropa Liqasının pley-off mərhələsində “Legiya” ilə qarşılaşacaq “Qarabağ”ın səfər proqramı müəyyənləşib. Sport24.az xəbər verir ki, Nurlan İbrahimovun verdiyi məlumata görə, komanda sabah Polşaya səfər etməyi planlaşdırır.

 

İbrahimov qeyri-adi bir vəziyyət yaranmasa, sabah günorta saatlarında yola çıxacaqlarını söyləyib. Ancaq klub rəsmisi mövcud durumla əlaqədar səfərin sentyabrın 30-na təxirə salınmasını da istisna etməyib. Baş məşqçi Qurban Qurbanov matçın oynanılacağı stadionda oyundan bir gün əvvəl son məşqini keçəcək.

 

Qeyd edək ki, oktyabrın 1-də Polşa Ordu Stadionunda keçiriləcək “Legiya” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə 22:00-da start götürəcək (apasport.az).

football24
26 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB