TOP 10

“Neftçi” və “Qəbələ”dən şücaətli ordumuza dəstək. Bu Vətən bizimdi!

Futbol
Tarix: 2020-09-27 19:12

Premyer Liqanın IV turuna bu gün yekun vuran "Neftçi" - "Qəbələ" matçı Azərbaycan dövlət himninin səsləndirilməsiylə başlayıb. Sport24.az xəbər verir ki, komandalar bununla Dağlıq Qarabağda işğal olunmuş ərazilərimizi azad edən şücaətli Azərbaycan ordusuna dəstək ifadə edib. 

 

"Dalğa Arena"ya meydana çıxan matçın iştirakçıları - komandaların futbolçuları və hakimlər AFFA-yla PFL-in birgə hazırladığı "Biz birlikdə güclüyük" pankarın əllərində tutaraq himnini oxuyublar. Dövlət himni səsləndirildikdən sonra "Dalğa Arena"dakı ekranda Azərbaycan ərazilərinin düşmən işğalından azad edildiyi barədə Müdafiə Nazirliyinin məlumatı səsləndirilib. Bu xəbər arenada alqışlarla qarşılanıb.

 

Xatırladaq ki, qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Füzuli–Cərbayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Aşağı Əbdürrəhmanlı, Böyük Mərcanlı və  Nüzgar kəndləri, Cəbhənin Goranboy istiqamətində Murov dağı silsiləsindəki Murov zirvəsi azad edilib. . 

football24
23 Oktyabr 2020
22 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB