TOP 10

Bu gecədən Azərbaycanda hərbi vəziyyət elan olundu. Bu Vətən bizimdi!

Digər
Tarix: 2020-09-27 18:32

Bu gün Milli Məclisin payız sessiyasının xüsusi plenar iclası keçirilib. Sport24.az xəbər verir ki, parlamentin Sədri Sahibə Qafarova iclası açaraq gündəliyə bir məsələnin daxil edildiyini deyib.

 

İclasda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndinə və 111-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ölkədə hərbi vəziyyətin elan olunması məsələsi müzakirə edilib. Müzakirələrdən sonra ölkənin bəzi şəhər və rayonlarında hərbi vəziyyətin tətbiq edilməsi ilə bağlı qərar qəbul olunub.

 

Beləliklə, 2020-ci il 28 sentyabr saat 00:00-dan etibarən hərbi vəziyyət elan olunur. Azərbaycan Prezidenti köməkçisi Hikmət Hacıyev bildirib ki, Prezidentin fərmanı ilə hərbi vəziyyət elan olunub: "Prezidentin Milli Məclis qarşısında qaldırdığı vəsatət əsasında qəbul edilən fərman Prezident tərəfindən təsdiqlənib".

 

Belə ki, Bakı, Gəncə, Sumqayıt, Abşeron, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax inzibati vahidlərində saat 21-dən saat 6-dək küçəyə çıxmaq qadağa olunur. Nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər tətbiq olunur.

 

Müvafiq icazələrin alınması Asan xidmət və Daxili İşlər Nazirliyi vasitəsilə elektron icazə formatında həyata keçiriləcək.

 

football24
23 Oktyabr 2020
22 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB