TOP 10

Super Liqa klubunda fransız futbolçu

Dünya Futbolu
Tarix: 2020-09-27 13:00

Türkiyənin “Fatih Karagümrük” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Super Liqa təmsilçisi fransız yarımmüdafiəçi Yannis Saliburu transfer edib.
 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Amma 29 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.


Son olaraq İspanyanın “Malyorka” klubunun uğurları üçün çalışan Salibur, ölkəsində “Lill”, “Genqam” və “Sent-Etyen”də də çıxış edib. O, Fransanın aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinib.

football24
23 Oktyabr 2020
22 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB