TOP 10

Əfran İsmayılovdan 7-ci "atəş" və yubiley qolu

Futbol
Tarix: 2020-09-27 11:07

Azərbaycan millisinin sabiq futbolçusu Əfran İsmayılov bu ay keçdiyi "Səbail"də qol hesabını açıb. Sport24.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi bunu yeni klubunda 3-cü oyununda - "Sabah"la ev matçının 56-cı dəqiqəsində penaltidən reallaşdıraraq 2:1 hesablı əzmkar qələbənin təməlini qoyub. 

 

Bununla da Əfran karyerasında bütün klublarda qol hesabını açmaq ənənəsini davam etdirib. "Səbail" bu sırada 7-ci klub olub.

 

İsmayılov daha çox yetirməsi olduğu, karyerasını ən yaxşı illərini keçirdiyi "Qarabağ"da fərqlənib. Belə ki, cinah yarımmüdafiəçisi geyindiyi formadakı nömrə qədər - 22 dəfə fərqlənib. Bu iki müxtəlif vaxtda 13 və 9 qoldan ibarət olub.

 

Əfranın qol sayında 2-ci göstəricisi "Bakı"da 8 qoldan ibarət olub. O, "İnter" və "Sumqayıt"da hərəyə 3 dəfə rəqib qapısına yol tapıb. İsmayılov icarədə çıxış etdiyi "Turan"da 2, "Xəzər Lənkəran"da 1 qola imza atıb. Əfran yalnız keçən mövsümdə "Keşlə"də fərqlənə bilməyib ki, buna əvvəl dediyimiz kimi, klub "İnter" adlananda nail olub.

 

İsmayılov "Səbail"də ilk dəfə fərqlənməklə Premyer Liqamızda hesabına yubiley - 40-cı qolu yazıb. O, 2006-cı ildən fasiləsiz çıxış etdiyi milli çempionatımızda 251 matç keçirib.

 

 

football24
23 Oktyabr 2020
22 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB