TOP 10

"Zirə"də məcburi əvəzləmə - FOTO

Futbol
Tarix: 2020-09-26 20:54

"Zirə" Premyer Liqanın IV turunda "Keşlə"ylə səfər matçında heyətlə bağlı itkiylə üzışib. Sport24.az xəbər verir ki, "qartallar" hazırda 1:1 hesabı olan görüşdə mərkəz müdafiəçisi Lazar Corceviçi itirib.

 

Meydanın mərkəzində mübarizədə zədələnən serbiyalı legionerə həkimlər yardım etsə də, zədəsi ciddi olduğundan əvəzlənməsinə işarə verilib. Arxa əzələsini dartan Lazarı 33-cü dəqiqədə syerla-leoneli həmkarı Ali Sisey əvəzləyib. Bu, onun Rəşad Sadıqovun baş məşqçi postuna gəlişindən snra ilk dəfə meydana çıxması olub.

 

Xatırladaq ki, Corceviç "Zirə"nin yay transferidi. 

football24
21 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB