TOP 10

Qomes çox pis oynadıqlarını bəyan etdi: "İlk qoldan sonra matçı həll edə bilərdik, amma..."

Futbol
Tarix: 2020-09-26 20:25

“Sabah”ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyundan mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, paytaxt klubunun ispan çalışdırıcısı ilk olaraq 1:2 hesabıyla uduzduqları matşı şərhe dib.

- Ümumi olaraq, çox pis oynadıq. Oyunumuzdan narazıyam. İlk qoldan sonra matçı həll edə bilərdik, amma olmadı. “Səbail” qoldan sonra bizdən üstün oynadı və qələbə qazandı.

 

- Komanda son iki turda qol buraxmasa da, bu gün Bəhlul Mustafazadə ehtiyatda idi. Bu, qərarınız idi, yoxsa zədəsi var?
- Həftə ərzində Bəhlulda bir az narahatlıq var idi və ona görə qərar verdim ki, ehtiyatda qalsın.

 

- Şakir Seyidovla bağlı nə düşünürsüz?
- Komandaya gəldiyimdən Şakir komandada deyil. Bunu klubdan soruşmaq lazımdır ki, o, nə üçün heyətdən kənarda qalıb.


- İki penalti epizoduyla və hakimliklə bağlı fikirləriniz necədir?
- Hakimlər barəsində danışmaq istəmirəm və bu üzrə mütəxəssis deyiləm. Onlara gələcəkdə uğurlar arzu edirəm.

 

- Komanda ikinci hissədə inamsız çıxış etdi. Sizə elə gəlmir ki, komandanız qələbəyə çox tez inandı?
- Açığı, istədiyimiz oyunu oynaya bilmədik. Bu matçı təhlil edərək, nəticələr çıxaracağıq.
 

football24
21 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB