TOP 10

Əliyevin yeni baş məşqçisi "Neftçi"dən ağır zərbə alan oldu

Futbol
Tarix: 2020-09-26 15:00

Azərbaycanın gənclər yığmasının sabiq futbolçusu Kamran Əliyevin çıxış etdiyi Rusiyanın "Ximki" klubunun yeni baş məşqçisi açıqlanıb. Sport24.az xəbər verir ki, Moskvaətrafı təmsilçisi "sükanı arxası"na İqor Çerevçenkonu gətirib.

 

46 yaşlı rusiyalı mütəxəssis bu postda həmyerlisi Dmitri Qunkonu əvəzləyib. Hansı ki ötən turda "Krasnodar"a səfərdə 2:7 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.

 

Çerevçenko bunadək "Lokomotiv", "Baltika" və "Arsenal"da baş məşqçi işləyib. O, Tula klubunu ilk dəfə avrokuboklara çıxarıb ki, bu, debütdə "Neftçi"ylə uğursuz duel olub. Belə ki, "Arsenal" keçən yay Avropa Liqasının II təsnifat mərhələsində təmsilçimizə qol belə vura bilməyərək uduzub - evdə 0:1, səfərdə 0:3. 

 

Qeyd edək ki, bu, "Ximki"də son 2 ayda artıq 3-cü baş məqçisidi. Komanda Sergey Yuranın rəhbərliyi altında Premyer Liqaya və ölkə Kubokunun finalına çıxsa da, gözlənilmədən onunla yollar ayrıldı. 

football24
21 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB