TOP 10

"Qarabağ" "Legiya"yla matç üçün 23 futbolçu sifariş etdi - SİYAHI

Futbol
Tarix: 2020-09-26 13:23

 Avropa Liqasının pley-off mərhələsində Polşanın "Legiya" klubu ilə qarşılaşacaq "Qarabağ" iştirak ərizəsini UEFA-ya təqdim edib. Sport24.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov siyahıya 23 futbolçu daxil edib.

 

Bunlar 3 qapıçı, 8 müdafiəçi, 9 yarımmüdafiəçi və 3 hücumçudan ibarət heyətdi. 

 

Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 12. Emil Balayev, 94. Ayhan Arazlı

Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev (k), 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina

 

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 27. Patrik Andrade, 8. Uroş Matiç, 9. Xayme Romero, 10. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 27. Toral Bayramov, 77. Donald Gerye

 

Hücumçular: 7. Kvabena Ovusu, 11. Mahir Emreli, 22. Musa Qurbanlı

 

Qeyd edək ki, oktyabrın 1-də Varşavada "Voyska Polskoqo" stadionundakı görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. 

Qeyd edək ki, oktyabrın 1-də Polşadakı "Voyska Polskoqo" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. 

football24
21 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB