TOP 10

“Benfika”nın futbolçusu rəsmən “Monako”da

Dünya Futbolu
Tarix: 2020-09-26 13:00

“Monako” heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Benfika”nın yarımmüdafiəçisi Florentino Luisi heyətinə qatıb.


Bu barədə knyazlıq klubunun rəsmi saytı məlumat yayıb. 21 yaşlı portuqal futbolçu mövsümün sonuna qədər icarəyə götürülüb.


Florentino “Benfika”nın öz yetirməsidir. O, 2019-cu ildən bu klubun əsas komandasında çıxış edirdi. Gənc yarımmüdafiəçi Portuqaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında da oynayıb.

football24
21 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB