TOP 10

"Qarabağ" niyə qalib gəlmir? Çıxış yolu həmişə var

Futbol
Tarix: 2020-09-26 11:41

Dünən Azərbaycan Premyer Liqasında IV tura start verildi. "Sumqayıt" - "Qarabağ" oyunu son dərəcə baxımlı alındı. Bu oyunun şahidlərinin əksəriyyəti "təntənənin günahkarları"nın meydan sahiblərinin olduğunu düşünməyə meyllidir. "Kimyaçılar"ın indiki Azərbaycan çempionunun adından və imicindən qorxmadan həqiqətən parlaq çıxış etməsiylə mübahisə edə bilməzsən.

 

Bütün qollar fasilədən sonra vurulsa da, ilk 45 dəqiqə də sönük görünmədi. Ayxan Abbasovun komandası Şahrudin Məhəmmədəliyevin qapısına 2 dəqiqə ərzində 2 dəfə yol tapdı. Bu qollardan əvvəl də meydan sahibləri bir o qədər uğur qazana bilərdi. Ancaq birinci vəziyyətdə Xəyal Nəcəfov təkbətəki boşa verərək topu təkcə Şahruddinin yox, həm də qapının üstündən atdı, ikincidə isə Məhəmmədəliyev Tellur Mütəllimovun cərimə meydançası xəttindən zərbəsinə inanılmaz reaksiya göstərdi.
 

Əlbəttə ki, "Sumqayıt"ın oyunu göz oxşayır. Ayxan Abbasov çox maraqlı bir ansambl yaradıb. Amma indi iddialı meydan sahiblərinin uğurlarından deyil, 7 ildir Azərbaycan klub futbolunun brendini əlində tutan qonaqlardan danışmaq istəyirik.

 

“Qarabağ” bu mövsüm 7 rəsmi oyun keçirib. Çempionlar Liqasının təsnifat mərhələsində 2 qələbə qazanan Ağdam komandası paralel olaraq ölkə çempionatına uğurla başladı. Və sonra ardıcıl uğursuzluqlar başladı. "Keşlə" ilə görüşdə heç-heçə etdi, Norveç "Mölde"sindən penaltilər seriyasında məğlubiyyət aldı, "Neftçi"yə evdə uduzdy və nəhayət, dünən "Sumqayıt"la bərabərliyə qaldı. "Köhlən atlar" ardıcıl 4 görüşdü qələbə sevincini dada bilmir. Çox az sonra isə Polşada "Legiya" ilə finala bənzər bir matç var.
 

Qurban Qurbanovun komandasıyla nə baş verir?


Yeni mövsümün startı ərəfəsində Ağdam komandasının ehtiyat oyunçular skamyasının nəzərəçarpacaq dərəcədə qısaldığı artıq bəlli idi. Səbəb aydındır - büdcənin azaldılması. Hər şey o qədər qənaətlidir ki, komandada yeganə hücumçu Mahir Emrelidi. Bir kiçik qeydə zərurət duyuruq: Ovusu Kvabema da var, amma bu mərhələdə o, hücumda azərbaycanlı həmkarından daha aşağı səviyyədədir.

 

Mövsüm əməlli-başlı qızışmamışdı ki, ölkə çempionunun birdən-birə üç aparıcı oyunçusu zədəlilər sırasında oldu - Emrelidən başqa Abdullah Zubir və Xayme Romero da eyni aqibəti yaşadı. Niyə belə oldu? Əlbəttə ki, hazırkı zədələri heç kim ləğv etməyib, lakin buna koronavirus pandemiyası da əlavə edilməlidir. Futbolçular aylardır oynamırdılar və indi matçların təzyiqi altındadırlar ki, bu da zədə ehtimalını artırır. Və belə bir məqamda ağdamlıların qısa ehtiyat skamyası var. Mümkün məğlubiyyətin və "köhlən atlar"ın Avropa Liqasının qrupuna düşə bilməməyinin nəyə səbəb ola biləcəyini hətta ehtimal etmək belə istəmirsən.

 

İndi, bu gün və yaxın 5-6 gündə "Qarabağ" hərtərəfli dəstəyə ehtiyac duyur: həm klub rəhbərliyindən, həm məşqçilər korpusundan, həm azarkeşlərdən və həm də idman mediasından. Ağdamlılar buna hər zamankından daha çox ehtiyac duyurlar. Binanı tikmək çox çətindir, ancaq təməl çökərsə, yenidən qurulması çox və çox çətin olacaq ... Və yeni bir binanın inşaası uzun illər çəkəcək. “Qarabağ” bu gün Azərbaycanın klub futbolunun brendini saxlayır və indi komandanın bu çətin vaxtında hamının birləşməsi lazımdır ki, duruş gətirə bilsin və beynəlxalq səviyyədəki uğurları ilə kövrək futbol dünyamızı bir daha sevindirsin.
 

Qurban Qurbanov bacarığını müxtəlif səviyyələrdə dəfələrlə sübut etmiş təcrübəli mütəxəssisdi. Onun komandasında Maksim Medvedev, Qara Qarayev, Bədavi Hüseynov, Filip Ozobiç kimi "bişmiş" futbolçuları var. Rəşad Sadıqovun ən çətin anlarda olduğu kimi, məhz bu futbolçular qalanlarını arxasınca aparmalıdırlar. Polşada bir qələbə lazımdı, yalnız bir. Bundan sonra "köhlən atlar" Avropa Liqasının qrupuna adlayacaq. Allah zəhmətsevərləri qiymətləndirir, "Qurbanovun qvardiyası" isə həmişə bu məhz keyfiyyəti ilə seçilib. 
 

 

football24
21 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB