TOP 10

"Qəbələ"li çempion titulunu qorudu - Moskvadakı qələbəni ölən qardaşına həsr etdi

Digər
Tarix: 2020-09-26 09:25

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov “Fight Night Global” təşkilatının çempionu titulunu qoruyub. Sport24.az xəbər verir ki, idmançımız buna Rusiyanın paytaxtı Moskvada keçirilən döyüşdə nail olub.

 

“Fight Night Global98” çərçivəsində döyüşə çıxan Abbasov rusiyalı rəqibi Mixail Qoqitidze ilə üz-üzə gəlib. 26 yaşlı döyüşçümüz 5 raundluq qarşılaşmanı vaxtından əvvəl bitirib. O, ikinci raundda boğucu fəndlə qalib gələrək yüngül çəki dərəcəsində çempion kəmərini qoruyub.

 

Nəriman bu qələbəni fevralda dəm qazından boğulan qardaşı, MMA döyüşçüsü Arzuman Abbasova həsr edib. 

football24
20 Oktyabr 2020
19 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB