TOP 10

“İnter”i “Sampdoriya”ya dəyişdi

Dünya Futbolu
Tarix: 2020-09-26 11:31

İtaliyanın “Sampdoriya” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, A Seriyası təmsilçisi Milan “İnter”indən Antonio Kandrevanı transfer edib.


Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 33 yaşlı futbolçu satınalma şərti ilə icarəyə götürülüb. İtaliya yığmasının üzvü yeni klubu ilə 4 illik müqaviləyə imza atıb. “Sampdoriya” Kandrevanın “İnter”lə müqaviləsinin ləğv olunması və azad agent statusu alması üçün qarşıdakı bir il ərzində Milan klubuna 2.5 milyon avro təzminat ödəməlidir.


Kandreva 2016-cı ildən “İnter”də çıxış edirdi. O, daha öncə “Ternana”, “Udineze”, “Livorno”, “Yuventus”, “Parma”, “Çezena” və “Latsio”nun da uğurları üçün çalışıb.

football24
21 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB