TOP 10

Abbasov qazandıqları xalı şərh etdi, narazı qaldığı məqama toxundu: "Bu, böyük-böyük danışmaq olardı"

Futbol
Tarix: 2020-09-25 21:31

"Yaxşı oynadıq, son anda qol buraxmağımız bizi üzdü. Bizi sevindirən çox məqam var. Əzmkar çıxışımızı vurğulayardım. Aydın Bayramovun çıxışını xüsusi vurğulayardım. O, əsas heyətə layiqdir". Sport24.az xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov evdə "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının IV tur matçından sonra mətbuat konfransında deyib.

 

39 yaşlı mütəxəssis bildirib ki, ötən mövsüm də çempionatda liderlik etdikləri vaxtlar olub. O, yavaş-yavaş artırdıqlarını söyləyib. Abbasov Cavid İmamverdiyevi təcrübəsi və top saxlaması səbəbindən meyxana buraxdığını vurğulayıb: "Cavidə vaxt lazımdır. Onun bizə kömək edəcəyinə inanıram. Hücum xəttində bir Əli Qurbanimiz var".

 

Baş məşqçi oyun zamanı İsmayıl İbrahimliyə qırmızı vərəqə göstərilməsinin vacibliyini söyləyib: "Hakimlər Komitəsinin sədri Frits Ştuxlik, eşitdiyimə görə məşqçiləri daha çox müzakirə edir. Xətti tapdadığımızı qabardır. Amma hakimlərə də diqqət yetirməlidir. O epizodda qırmızı vərəqə göstərilməli idi".

 

Baş məşqçi Şimali Makedoniya "Şkendiya"sına rəqib güclü olduğu üçün uduzduqlarını söyləyib. O da Qurban Qurbanov kimi 1 xal qazandıqlarını vurğulayıb: "İki xal itirdiyimizi deməyək. Bu, böyük-böyük danışmaq olardı".

 

football24
29 Oktyabr 2020
28 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB