TOP 10

Daha 3 hakimdə koronavirus aşkarlandı - Türkiyədə

Dünya Futbolu
Tarix: 2020-09-25 20:30

Türkiyədə daha 3 futbol hakimində koronavirus aşkarlanıb. Sport24.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.


Super Liqa və TFF 1-ci Liqada hər turdan öncə hakimlərdən koronavirus testi götürülüb. Bu həftə 3 referinin testi müsbət nəticə verib.


Onlardan ikisinin aşağı, birinin isə regional liqada idarəçilik etdiyi bildirilib. Hər 3 referi 14 gün ərzində karantində qalacaq.


Qeyd edək ki, Türkiyədə bundan əvvəl də bir neçə hakimdə koronavirus aşkarlanmışdı.

football24
20 Oktyabr 2020
19 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB