TOP 10

“Tottenhem”in oyununda texniki məğlubiyyət verildi

Dünya Futbolu
Tarix: 2020-09-25 19:00

İngiltərə Liqa Kubokunun 1/16 final mərhələsinin təxirə salınan “Leyton Orient” – “Tottenhem” oyunu ilə bağlı qərar verilib. Sport24.az xəbər verir ki, London təmsilçisi meydana çıxmadan mərhələ adlamağı bacarıb.

 

Buna səbəb təşkilatçıların aşağı liqa klubuna texniki məğlubiyyət verməsidir. Belə ki, sentyabrın 22-də baş tutmalı olan qarşılaşma “Leyton Orient”in bir neçə futbolçusunda koronavirus pandemiyasına yoluxma halı aşkarlandığından təxirə salınmışdı. “Tottenhem”in 1/8 final mərhələsinə adladığı artıq rəsmən açıqlanıb.

 

Joze Mourinyonun komandası növbəti mərhələdə “Çelsi” ilə London derbisində üz-üzə gələcək. Bu oyun sentyabrın 29-da baş tutacaq.

  •  
football24
20 Oktyabr 2020
19 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB