TOP 10

“Qarabağ” 3-cü səbətdə - “Legiya”nı keçsə

Futbol
Tarix: 2020-09-25 18:30

Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin püşkatması zamanı yer ala biləcəyi səbət bəlli olub. Sport24.az xəbər verir ki, pley-offda Polşa təmsilçisi “Legiya” ilə qarşılaşacaq Ağdam klubu mərhələ adlasa, püşkdə ən azı 3-cü səbətdə yer alacaq.

 

Reytinqi 21,000-a bərabər olan Qurban Qurbanovun yetirmələri hətta daha yüksək səbətə də düşə bilər. Əgər pley-offda ciddi sensasiya baş verməsə, “Qarabağ” qrup mərhələsinə qatılacaq 48 komanda arasında 28-ci göstəriciyə malik olacaq.

 

Bu, ağdamlıların 3-cü səbətin 4-cü komandası olması deməkdir. Baş verəcək sensasiyalar, yəni cütlərin favoritlərinin büdrəməsi “Qarabağ”ın lehinədir.

 

Daha yüksək reytinqə malik komandalardan dördü büdrəsə, Azərbaycan çempionu 2-ci səbətə qalxacaq. Bu, ən azı iki münasib rəqiblə qarşılaşmaq imkanı verəcək.

 

Özü səfərdə “Legiya”nı keçməli olan “Qarabağ” üçün aşağıdakı klubların büdrəməsi sərfəlidir: “Srvena Zvezda”, “Yanq Boyz”, “Seltik”, “Lüdoqorets”, “Dinamo” Zaqreb, “Tottenhem”, “Bazel”, “Sportinq”, “Kopenhagen”, PSV, “Volfsburq”, “Viktoriya”, APOEL, “Qalatasaray” və “Malmo”.

 

Qeyd edək ki, pley-off mərhələsinin oyunları oktyabrın 1-də, qrup mərhələsinin püşkatması ertəsi gün baş tutacaq (apasport.az).

football24
29 Oktyabr 2020
28 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB