TOP 10

Valeri Karpin: "Rusiya çempionatının səviyyəsi Azərbaycandakından zəif deyil"

Futbol
Tarix: 2020-09-25 18:00

"Kimsə rəqibdən daha güclü olduğumuzu düşünürdüsə, yanılır. Bu komanda bizdən zəif deyil. Reytinqləri unudun. Reytinqlər xalq üçündü". Sport24.az xəbər verir ki, bunu Rusiyanın "Rostov" klubunun baş məşqçisi Valeri Karpin Avropa Liqasının III təsnifat mərhələsində İsrail "Makkabi"sinə 1:2 hesabı ilə uduzduqları görüşdən sonra deyib. 

 

51 yaşlı mütəxəssis müqayisə apararaq Azərbaycan Premyer Liqasından da söz salıb: "Müəyyən məqamlarda və günlərdə onlar güclü olurlar. Səbəblərdən danışmaq mənlik deyil. Bu barədə hamı danışır. Təəssüf ki, bizim çempionatın səviyyəsi belədir. Qlobal danışsaq, heç bir bəhanə axtarmadan demək olar ki, reallıq budur. Yəqin ki, Rusiya çempionatı Gürcüstan və Azərbaycandakından zəif deyil. Amma İsraili qabaqladığımızı deyə bilmərəm".

football24
20 Oktyabr 2020
19 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB