TOP 10

“Qalatasaray” hücumçusunu icarəyə verdi

Dünya Futbolu
Tarix: 2020-09-25 17:23

Türkiyənin “Qalatasaray” klubu gənc futbolçusu Yunus Akgünü icarəyə göndərib. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisi 20 yaşlı hücumçunu 1-ci liqa təmsilçisi “Adana Dəmirspor”a icarəyə verib.


Bu barədə sözügedən klubların mətbuat xidmətləri məlumat yayıb. Akgün mövsümün sonuna qədər Adana təmsilçisinin uğurları üçün çalışacaq.


Yunus Akgün “Qalatasaray”ın öz yetirməsidir. Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında da oynamış futbolçu 2018-ci ildən İstanbul təmsilçisinin əsas komandasında da forma geyinirdi.

football24
29 Oktyabr 2020
28 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB