TOP 10

"Sidney-2000"nin uğurlarına həsr edilmiş videokonfrans keçirilib

Olimpiada
Tarix: 2020-09-25 14:20

Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının və Azərbaycan İdman Jurnalistləri Federasiyası ilə birgə təşkilatçılığı ilə Sidney uğurlarımızın 20 illiyinə həsr olunmuş videokonfransı keçirilib. Sport24.az xəbər verir ki, konfrans Olimpiya çempionlarımız Namiq Abdullayev və Zemfira Meftəhəddinovanın, eləcə də Olimpiya mükafatçısı Vüqar Ələkbərovun Sidney zəfərlərinin 20-ci ildönümü bu günlərdə tamam olur.

 

Qeyd edək ki, hər iki olimpiya çempionumuz Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunlarıdır.

 

Videokonfransda əvvəlcə həmin tarixi anları əks etdirən videoçarx nümayiş etdirilib. Ardınca çıxış edən Akademiyanın rektoru Fuad Hacıyev idmançıları tarixi uğurlarının 20-ci ildönümü münasibəti ilə təbrik edib və onlara uğurlar arzulayıb. F.Hacıyev qeyd edib ki, müstəqil ölkəmizin Olimpiya uğurlarının başlanğıcı olan Sidney qələbələrimiz 2000-ci ildə Azərbaycanın adını dünyada daha da tanıtdı. Ulu öndərimiz Heydər Əliyev olimpiyaçılarımızın uğurlarını yüksək qiymətləndirdi. Milli Olimpiya Komitəsinin rəhbəri, bu gün ölkə prezidenti olaraq idmana xüsusi diqqət göstərən İlham Əliyevi daim idmançılarımızın yanında olduğunu qeyd edən rektor 20-ci ildönümü münasibətilə hər üç idmançımıza Akademiyanın plaketini və xatirə hədiyyəsini təqdim edib.

 

Konfransda çıxış edən Olimpiya çempionlarımız Zemfira Meftəhəddinova, Namiq Abdullayev, eləcə də olimpiya mükafatçımız Vüqar Ələkbərov həmin tarixi anları yenidən xatırlayaraq öz xatirələrini bölüşüblər. Hər biri Sidney uğurlarının 20-ci ildönümündə onları virtual olaraq bir yerə topladığı üçün və xatirə hədiyyələrinə görə Akademiya rəhbərliyinə təşəkkürlərini bildiriblər.

 

Konfransda daha bir Olimpiya çempionumuz, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov, Bakı Şəhəri Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Milli Olimpiya Komitəsinin məsul şəxsi Mehman Kərimov, AİJF prezidenti Qabil Mehdiyev və digərləri "Azərbaycanın Sidney-2000 uğurları" barədə xatirələrini danışdılar və bu tarixi hadisənin qəhrəmanlarını bir daha təbrik ediblər.

 

 

football24
20 Oktyabr 2020
19 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB