TOP 10

“Fənərbaxça”da yeni hücumçu - RƏSMİ

Dünya Futbolu
Tarix: 2020-09-25 13:40

Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisi “Aston Villa”dan Mbvana Samattanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.


Tanzaniyalı hücumçuyla 4 illik müqavilə imzalanıb. 27 yaşlı futbolçu cari mövsümü icarə əsasında keçirəcək. Mövsümün sonunda onun transfer hüququnu almaq mümkün olacaq.


2016-cı ildən formasını geyindiyi Belçika “Gent”ində parlayan Samatta, 2020-ci ilin yanvarında 10.5 milyon avro qarşılığında “Aston Villa”ya keçib. Tanzaniyalı hücumçu, bu müddət ərzində Premyer Liqada 16 oyunda 2 qol vurub.


Qeyd edək ki, Samatta, “Fənərbaxça”nın bu yay transfer etdiyi 14-cü futbolçudur. İstanbul klubu ondan öncə Mert Hakan Yandaş, Caner Erkin, Gökhan Gönül, Filip Novak, Mame Tiam, İsmail Yüksek, Barış Sunqur, Sinan Gümüş, Xose Sosa, Maurisio Lemos, Enner Valensia, Marsel Tisserand və Nazım Sanqareni də transfer etmişdi.

football24
29 Oktyabr 2020
28 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB