TOP 10

Mourinyo Azərbaycan klubunu mübarizədən kənarlaşdıranla görüşdə qapıları dəyişdirib

Futbol
Tarix: 2020-09-25 16:00

Avropa Liqasının III təsnifat mərhələsində Şimali Makedoniya "Şkendiya"sı ilə "Tottenhem" arasında keçirilmiş oyunda maraqlı hadisə baş verib. Sport24.az xəbər verir ki,  Skopyedəki "Toşe Proyeski" Milli Arenasında baş tutan qarşılaşma zamanı qonaq komandanın portuqaliyalı baş məşqçisi Joze Mourinyo qapıların dəyişdirilməsini istəyib.

 

Buna hər iki qapının hündürlüyünün normadan (2,44 metr) 5 sm qısa olması səbəb olub. Məsələ ilə bağlı UEFA nümayəndəsinə məlumat verən tanınmış mütəxəssis sonda istəyinə çatıb.

 

Bu barədə şəxsi "Instagram" hesabında paylaşım edən Mourinyo yazıb: "Əvvəlcə elə bildim, boyum uzanıb. Amma sonra başa düşdüm ki, hündürlük 5 sm azdır".

 

Qeyd edək ki, səfərdə rəqibini 3:1 hesabı ilə məğlub edən "Tottenhem" pley-offa yüksəlib. "Şkendiya" I təsnifat mərhələsində "Sumqayıt"ı mübarizədən kənarlaşdırıb - 2:0.

football24
20 Oktyabr 2020
19 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB