TOP 10

Geryeni cəzalandıran, “Qarabağ”ın məğlubiyyətini qeydə alan hakim

Futbol
Tarix: 2020-09-25 14:29

Avropa Liqasının pley-off mərhələsinin “Legiya” – “Qarabağ” oyununu idarə edəcək almaniyalı baş hakim Tobias Ştiler karyerasında ikinci dəfə Azərbaycan klubunun matçında fit çalacaq. Sport24.az xəbər verir ki, 39 yaşlı referi yenidən Ağdam təmsilçisinin matçında fit çalacaq.

 

İlk görüş 3 il əvvəl baş tutan “Roma” – “Qarabağ” qarşılaşmasında olub. 2017/18 mövsümündə Çempionlar Liqasının İtaliya paytaxtında keçirilən son qrup oyununda rəqib 1:0 hesabı ilə qalib gəlib. 39 yaşlı almaniyalı referi meydan sahiblərinə 1, qonaqlara 4 sarı vərəqə göstərib. 2017-ci il dekabrın 5-dəki Roma Olimpiya Stadonundakı həmin matçda "Qarabağ"dan Elvin Yunuszadə, ispaniyalı Miçel Madera, haitili Donald Gerye, polşalı Yakub Jezniçak xəbərdarlıq alıb. Bunlardan yalnız Gerye indi də heyətədi. 

 

Qeyd edək ki, Varşavadakı matç oktyabrın 1-də Bakı vaxtilə saat 22:00-da keçiriləcək. 

football24
20 Oktyabr 2020
19 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB