TOP 10

Qurbanov Türkiyə klubuna gedir - 3 illik müqavilə təklifi alıb

Futbol
Tarix: 2020-09-25 13:18

Azərbaycanlı gənc qapıçı Cavid Qurbanov Türkiyə klubundan təklif alıb. Sport24.az-əl etdiyi məlumata görə, bu ölkənin I liqa təmsilçisi "Menemenspor" "Keşlə" və "Kəpəz"in 17 yaşlı sabiq qapıçısına rəsmi dəvət göndərib.

 

Ucaboylu (1,95 metr), yaxşı fiziki göstəriciləri olan Cavidin oyununu görərək bəyənən türklər onun özüylə əlaqə saxlayaraq sentyabrın 23-dən oktyabrın 5-dək düşərgəsində olmasıyla bağlı müraciət edib. Son vaxtlar "Səbail" və "Sumqayıt"dan dəvət alan Qurbanov legioner həyatı yaşamaq şansından yararlanmaq fikrindədi və sentyabrın 28-ə bilet əldə edərək İzmir təmsilçisiylə müqavilə imzalamağa yollanacaq. "Menemenspor" "Kəpəz"dən ayrldıqdan sonra sərbəst futbolçu olan Qurbanovla 3 illik müqavilə bağlamaq fikrindədi. Heyətində 2 təcrübəli qapıçı olan I liqa təmsilçisi Cavidi həm perspektivə, həm də rəqabəti artırmaq niyyətilə heyətinə qatır. Futbolçumuzun azad agent statusuna malik olması istəniən vaxtda yeni kluba keçməsinə imkan yaradır və bu zaman "transfer pəncərəsi"nin bağlanması problemiylə üzləşməyəcək.

 

Onu da bildirək ki, ukraynalı menecer Aleksey Veliki də sosial şəbəkədə Cavidə yazaraq onunla əməkdaşlıqda maraqlı olduğunu bildirib. Hətta ondan konkret olaraq hansı ölkədə oynamaq istədiyini soruşub. Qapıçının cavabı Ukrayna olub ki, bu daha çox dil amiliylə bağlıdı. Qurbanovun Türkiyəni seçməyinin də əsas səbəbi orda dil problemiylə üzləşməyəcəyidi. 

 

Qeyd edək ki, 1942-ci ildə yaradılan "Menemenspor" son mövsümü I liqada 9-cu pillədə başa vurub. 

 

football24
29 Oktyabr 2020
28 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB