TOP 10

Azərbaycan UEFA reytinqində mövqeyini möhkəmləndirdi

Futbol
Tarix: 2020-09-25 12:00

Avrokubokların növbəti oyun günündən sonra UEFA reytinqi açıqlanıb. Sport24.az xəbər verir ki,  Avropa Liqasının III təsnifat mərhələsinin matçlarından sonra cədvəldə cüzi dəyişikliklər yaşanıb.

 

Belə ki, bəzi ölkələrin xal hesabını artırması mövqelərin dəyişməsi ilə nəticələnib. Avropada yalnız bir təmsilçisi qalan Azərbaycanın isə mövqeyi dəyişməyib. 26-cı pillədə qərarlaşan ölkəmizin hesabında 16,250 xal var.

 

Onu da nəzərə alaq ki, izlədiyimiz ölkələr xal hesablarını artırmaqla Azərbaycandan uzaqlaşıb. 24-cü olan Norveçlə fərq 1,500, 25-ci olan Rumıniya ilə isə 0,575-ə çatıb. Azərbaycan özündən aşağı pillələrdə qərarlaşanlardan da xeyli öndədir. Belə ki, Qazaxıstan ölkəmizdən 0,625, Belarus 1,125 xal geridədir.

 

Qeyd edək ki, cədvəlin ilk pilləsində 81,069 xala malik İspaniya qərarlaşıb.

 
football24
20 Oktyabr 2020
19 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB