TOP 10

Rumınlar məğlubiyyətə görə Ağayevi günahlandırdı

Futbol
Tarix: 2020-09-25 11:28

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının III təsnifat mərhələsində “Styaua” (Rumıniya) - “Slovan” (Çexiya) oyununu idarə edib. Sport24.az xəbər verir ki, qonaqların ikinci hissədə vurduqları 2 cavabsız qolla qalib gəldiyi matçda həmyerlimiz 6 dəfə əlini cibinə atıb.

 

Belə ki, meydan sahiblərindən  2, qonaqlardan isə 3 nəfərə sarı vərəqə göstərən Ağayev 20-ci dəqiqədə “Styaua”nın müdafiəçisi Stefan Kananı birbaşa qırmızı vərəqə ilə meydandan qovub. Onun idarəçiliyi meydan sahiblərinin narazılığı ilə qarşılanıb.

 

“Styaua”nın idman direktoru Mixay Stoyka yerli mətbuata açıqlamasında FİFA referisinin bəzi epizodlarda düzgün qərarlar vermədiyini iddia edib: “Matçın əvvəllərində Ovidiu Perianuya qarşı kobudluq edildi. Futbolçu yerə normal şəkildə yıxılmaya bilər. Amma penalti verilə bilərdi. Hakim isə bunu simulyasiya sayaraq Perianuya sarı vərəqə göstərdi. Halbuki, təmiz penalti idi”.

football24
20 Oktyabr 2020
19 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB