TOP 10

“Qarabağ”a qarşı bugünkündən daha hazırlıqlı olacağıq” – “Legiya”nın yeni transferi

Futbol
Tarix: 2020-09-25 10:44

“Drita"nı hərtərəfli təhlil etdik və güclü tərəflərindən istifadə etməsinə imkan vermədik.  Çətin anlar geridə qaldı. Baş məşqçinin istefası və üzərimizdəki təzyiqlə bağlı bütün qarışıqlıqdan sonra bu rəqbi məğlub etmək bizim üçün asan olmadı. Yaxşı komanda olduğumuzu və güclü tərəfimizi göstərməyə çalışırıq”. Sport24.az xəbər verir ki, bunu Polşanın “Legiya” klubunun futbolçusu Filip Mladenoviç Avropa Liqasının III təsnifat mərhələsində “Drita” (Kosovo) üzərində 2:0 hesabı ilə qalib gəldikləri oyunu dəyərləndirərkən deyib.

 

Varşava təmsilçisinin yeni transferi olan Serbiya millisinin 29 yaşlı sol cinah müdafiəçisi oyundan-oyuna daha güclü olacaqlarını və “Qarabağ”la pley-off matçına daha yaxşı durumda çıxacaqlarını bildirib: “Ucaboy və başla oynamağı bacaran oyunçularımız olduğu üçün hava mübarizələrində yaxşı imkanlar yaradırıq. Komandada yeni baş məşqçi və yeni oyunçular var. Bu mənada düşünürəm ki, “Qarabağ”a qarşı bugünkündən daha hazırlıqlı olacağıq”.

 

Qeyd edək ki, “Legiya” – “Qarabağ” oyunu oktyabrın 1-də Polşa paytaxtında keçiriləcək.

football24
20 Oktyabr 2020
19 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB