TOP 10

Qvineya millisinin üzvü: "Hamımız "Qarabağ"la matçda müsbət nəticəyə ümid edirik”

Futbol
Tarix: 2020-09-25 10:18

“Əla oyun göstərmədik, amma qələbə üçün əlimizdən gələni etdik. Artıq pley-offdakı oyuna hazırlaşmalıyıq. “Qarabağ”la matçdan əvvəl daha çox çalışmaq lazımdı". Sport24.az xəbər verir i, bunu “Legiya”nın hücumçusu Joze Kante Avropa Liqasının III təsnifat mərhələsində Kosovo “Drita”sı üzərində qazanılan 2:0 hesablı qələbə barədə danışarkən deyib.

 

Qvineya millisinin forvardının fikrincə, çempionat görüşünün təxirə salınması yerinə düşdü: "Buna ehtiyac var idi. Çünki gələn həftə “Qarabağ”la çox vacib görüşümüz olacaq. Bu, klubumuz adına çox önəmli qarşılaşmadır. Sabahdan “Qarabağ”a köklənəcəyik və hazırlaşmaq üçün bir həftə vaxtımız olacaq. Hamımız müsbət nəticəyə ümid edirik”.

Qeyd edək ki, “Legiya” – “Qarabağ” oyunu oktyabrın 1-də Polşada baş tutacaq.

  •  
football24
29 Oktyabr 2020
28 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB