TOP 10

“Qarabağ”a qarşı mövsümün oyununa çıxacağıq” - "Legiya"nın hücumçusu

Futbol
Tarix: 2020-09-25 09:52

“Əsas odur ki, növbəti mərhələ keçmək məqsədimizə çatdıq. İndi yenilənməyə və növbəti matça hazırlaşmağa vaxtımız var”. Sport24.az xəbər verir ki, bunu Polşanın “Legiya” klubunun hücumçusu Pavel Vazolek Avropa Liqasının III təsnifat mərhələsində “Drita"  ilə oyunu dəyərləndirərkən deyib.

 

Kosovo təmsilçisinə 2:0 hesabıyla qalib gəldikləri matçda hesabı açan 28 yaşlı forvard sevincli olduqlarını söyləyib. “Sampdoriya”, “Verona”, “Kuinz Park Reyncers” kimi klublarda çıxış etmiş Polşa millisinin sabiq üzvü pley-off mərhələsində Azərbaycan çempionuyla keçiriləcək görüşə də münasibət bildirib: “Bir həftədən sonra “Qarabağ”a qarşı mövsümün ən vacib oyununa çıxacağıq. Qrupa düşüb-düşməyəcəyimizi həmin matçın nəticəsi müəyyənləşdirəcək. Həmişə müsbət düşünməyə çalışıram və inanıram ki, ən yaxşısı hələ gələcəkdir”.

 

Qeyd edək ki, bir oyundan ibarət pley-off mərhələsində “Legiya” ilə “Qarabağ” oktyabrın 1-də Varşavada üz-üzə gələcək

football24
20 Oktyabr 2020
19 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB