TOP 10

Fatih Terim: “Azərbaycan səfəri, böyük oyun..."

Futbol
Tarix: 2020-09-25 09:44

“Hayduk”la matça ciddi rotasiya edərək çıxdıq. Bu, bir az riski idi, amma bundan üzüağ çıxa bildik. Qarşımızda gənc, mübarizə aparan kollektiv var idi". Sport24.az xəbər verir ki, bunu Türkiyənin “Qalatasaray” klubunun baş məşqçisi Fatih Terim Avropa Liqasının III təsnifat mərhələsində Xorvatiya “Hayduk”u üzərində qazanılan 2:0 hesablı qələbə barədə danışarkən deyib.

 

Əvvəlki mərhələdə “Neftçi”ni 3:1 hesabı ilə məğlub edən İstan bul təmsilçisinin çalışdırıcısı təqvim sıxlığının çətinliklərindən bəhs edib: “Çempionat oyunları təxirə salınmışdı, futbolçular 12 gün yaxşı dincəlmişdilər. Biz isə sıx təqvimdə çıxış edirik. Azərbaycan səfəri, ardından Super Liqada “Başakşəhər”lə (2:0) böyük oyun... Futbolçularımı bu özünəinama görə təbrik edirəm”.

 

Qeyd edək ki, “Qalatasaray” oktyabrın 1-də Avropa Liqasının pley-off matçı çərçivəsində Şotlandiyanın “Reyncers” klubuyla səfərdə üz-üzə gələcək.

 

  •  
football24
20 Oktyabr 2020
19 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB