TOP 10

Polşalılarla nəhs duel, yubiley oyun - fiaskolardan "Qarabağ"ın zəfərlərinədək

Futbol
Tarix: 2020-09-25 15:00

“Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Polşa “Legiya”sı ilə görüşəcək. Sport24.az xəbər verir ki, bu, iki ölkə təmsilçilərinin avrokuboklarda nəhs - 13-cü dueli olacaq.

 

Əvəvlki 12 duel çərçivəsində 24 oyun keçirilib. Polşa klubları bu görüşlərdə aşkar üstünlüyə malikdi. Belə ki, təmsilçilərimiz cəmi 5 qələbə qazanıb, eyni sayda heç-heçə edibsə, 14 dəfə uduzub. Top fərqində də polşalılar öndədir – 54:20.

 

12 dueldən 9-da mübarizəni dayandıran klublarımız yalnız 3 dəfə mərhələ adlayıb. Maraqlıdı ki, bundan 2-si “Qarabağ”ın payına düşür. Ağdamlılar Polşa komandaları ilə 4 oyunun heç birində uduzmayıb və hər iki halda – “Visla” və “Pyast”la duellərdə cütün qalibi olub. 

 

Yubiley – 25-ci oyunun fərqi ondadır ki, əvvəlkilərdən fərqli bir matçlıq duellə taleyi həll edəcək. Və budəfəki rəqib “Legiya” ilk dəfə təmsilçilərimizlə üz-üzə gələcək.

 

Qeyd edək ki, avrokuboklardakı ən ağır üç məğlubiyyətimizdən ikisi Polşa klubları ilə görüşlərə təsadüf edib. “Xəzri” “Qutnik”ə 0:9 hesabı ilə uduzub ki, bu, avrokuboklarda ən ağır yenilgimizdi, “Neftçi” “Vidzev”dən 8 cavabsız top buraxıb ki, bu, Çempionlar Liqasında ən böyükhesablı məğlubiyyətimizdi.

 

Azərbaycan klublarının 8 top fərqli digər məğlubiyyəti “Xəzər Lənkəran”ın İsrail “Makkabi”si ilə qarşılaşmasına təsadüf edib. Lənkərandakı bu görüşdə isə evdə ən ağır məğlubiyyətimiz qeydə alınıb.

 

Azərbaycan və Polşa klublarının avrokuboklarda duelləri

17.07.1996. Qutnik (Krakov, Polşa) - Xəzri - 9:0 
24.07.1996. Xəzri - Qutnik (Krakov, Polşa)  - 2:2

Qollar: Əfqan Talıbov, Nazim Əliyev

 

23.07.1997. Neftçi - Vidzev (Polşa) - 0:2 
30.07.1997. Vidzev (Polşa) - Neftçi  - 8:0

 

22.07.1998. LKS (Polşa) - Kəpəz - 4:1 

Qol: Yadigar Süleymanov

29.07.1998. Kəpəz - LKS (Polşa) - 1:3

Qol: Dmitri Smirnov

 

18.06.2000. Zaqlebiye (Polşa) - Viləş - 4:0 
25.06.2000. Viləş - Zaqlebiye (Polşa) - 1:3

Qol: Aleksandr Xurtskeviç

 

19.06.2005. Karvan - Lex (Polşa) - 1:2 

Qol: Yurı Muzıka

25.06.2005. Lex (Polşa) - Karvan - 2:0

 

19.07.2007. MKT Araz - Qrotslin (Polşa) - 0:0 
02.08.2007. Qrotslin (Polşa) - MKT Araz - 1:0

 

17.07.2008. Xəzər-Lənkəran - Lex (Polşa) - 0:1 
31.07.2008. Lex (Polşa) - Xəzər Lənkəran - 4:1

Qol: Zaur Ramazanov

 

13.07.2010. İnter - Lex (Polşa) - 0:1 
21.07.2010. Lex (Polşa) – İnter - 0:1, pen.9:8

Qol: Girts Karlsons

 

29.07.2010. Visla (Polşa) - Qarabağ - 0:1 

Qol: Vüqar Nadirov

05.08.2010. Qarabağ - Visla (Polşa) - 3:2

Qollar: Əfran İsmayılov, Rauf Əliyev, Rəşad Sadiqov

 

19.07.2012. Xəzər Lənkəran - Lex (Polşa) - 1:1

Qollar: Branimir Subaşiç

26.07.2012. Lex (Polşa) - Xəzər Lənkəran - 1:0

 

18.07.2013. Qarabağ - Pyast (Polşa) - 2:1

Qollar: Riçard Almeyda, Reynaldo Silva

 

25.07.2013. Pyast (Polşa) - Qarabağ - 2:2, əlavə vaxtda

Qollar: Leroy Corc, Ulrix Kapolonqo

13.07.2017. Qəbələ - Yagelloniya (Polşa) - 1:1
20.07.2017. Yagelloniya (Polşa) - Qəbələ - 0:2

  •  
football24
29 Oktyabr 2020
28 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB