TOP 10

“Legiya”nın baş məşqçisi "Qarabağ"ı keçməyə köklənib: “Bazar günü rəqibimiz barədə hazır material əldə edəcəyik”

Futbol
Tarix: 2020-09-25 09:18

“Meydanda etməli olduğumuz işi gördük. Bəzi hallarda istədiyim kimi oynadıq, amma çox çalışmalı olduğumuz məqamlar var. Pley-offa daha yaxşı hazırlaşmalıyıq". Sport24.az xəbər verir ki, bunu “Legiya”nın baş məşqçisi Çeslav Mixneviç Avropa Liqasının III təsnifat mərhələsində “Drita” (Kosovo) ilə keçirilən oyunu dəyərləndirərkən deyib.

 

Yeni baş məşqçinin rəhbərliyi altında 2:0 hesablı qələbə qazanan Polşa təmsilçisi pley-off mərhələsində “Qarabağ”a rəqib olub. Mixneviç matçdan sonra artıq Azərbaycan çempionu ilə görüşü düşündüklərini, bu rəqibi hərtərəfli təhlil etməli olduqlarını diqqətə çatdırıb: "Düşünürəm ki, bazar günü "Qarabağ" barədə hazır material əldə edəcəyik. Məqsədimiz qrupa vəsiqə qazanmaqdır. Polşa çempionatındakı matçımızın təxirə salınması “Qarabağ”la matça hazırlaşmaq baxımından bizə əlavə vaxt qazandırdı. Bundan da maksimum yararlanacağıq. Nəticə ya xeyrimizə işləyəcək, ya da yolunda olmayan nələrinsə olduğunu ortaya çıxaracaq”.

 

Qeyd edək ki, “Legiya” – “Qarabağ” oyunu oktyabrın 1-də Varşavada keçiriləcək.

 

football24
29 Oktyabr 2020
28 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB