TOP 10

"Qarabağ" 5-ci uzatma dəqiqəsində xalı qopardı

Futbol
Tarix: 2020-09-25 20:52

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 4-cü tura start verilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.


Turun açılış matçında son iki oyunundan qələbə ilə ayrılan və liderlər qrupunda qərarlaşmış “Sumqayıt” çempion “Qarabağ”ı qəbul edib. Ötən turda əzəli rəqibi “Neftçi”yə uduzan, ondan öncə UEFA Çempionlar Liqasında mübarizəni dayandıran Ağdam təmsilçisi bu oyunda qələbə qazanmaqla yüksəlişə keçmək arzusundaydı. Sumqayıt təmsilçisi isə doğma meydanda uğurlu seriyanın davamını gətirməyə köklənmişdi. Amma dörd qolun qeydə alındığı bu matç heç-heçə yekunlaşıb.


Sabah “Səbail” – “Sabah” və “Keşlə” – “Zirə” oyunları keçiriləcək. Tura bazar günü baş tutacaq “Neftçi” – “Qəbələ” matçı ilə yekun vurulacaq.


Azərbaycan Premyer Liqası
4-cü tur

25 sentyabr


“Sumqayıt” – “Qarabağ” 2:2
Qol: Ə.Qurbani, 52. C.Xocaniyazov, 54 – K.Ovusu, 59. F.Ozobiç, 90+5.
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Rövşən Rəcəbov.
Sumqayıt. “Kapital Bank Arena”, 19:00.


Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov.
Ehtiyat oyunçular: 71. Hüseynəli Quliyev, 22. Cavid İmamverdiyev, 4. Kərəm Sultanov, 21. Adəm Həmati, 19. Nurlan Quliyev, 30. Nəbi Məmmədov, 88. Cavid Quliyev, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə.
Baş məşqçi: Ayxan Abbasov.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 19. Filip Ozobiç, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 77. Donald Gerye, 81. Kevin Medina, 6. Patrik Andrade, 44. Elvin Cəfərquliyev.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 5. Maksim Medvedev, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 66. Cavid Bayramov, 24. Nihad Tamazov, 21. Rauf Hüseynli, 99. Hüseyn Hüseynzadə, 29. Zamiq Əliyev.
Baş məşqçi: Qurban Qurbanov.

football24
29 Oktyabr 2020
28 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB