TOP 10

"Qarabağ"ın büdrədiyi məkanda səfər, "Neftçi"nin Mərdəkanda ev sınağı, lider autsayderə qarşı

Futbol
Tarix: 2020-09-25 11:00

Bu gün Azərbaycan Premyer Liqasında IV tura start veriləcək. Sport24.az xəbər verir ki, turun oyunları yenə 3 günü əhatə edəcək. "Qarabağ"ın növbəti həftəiçi Avroliqada pley-off matçı olduğuna görə çempionatdakı matçı cümə günü olacaq. 

 

Son 7 ilin çempionu cari çempionatın sürpriz liderlərindən biri olan “Sumqayıt”ın qonağı olacaq. Ardıcıl iki qələbə qazanan Ayxan Abbasovun komandası güclü rəqibi də büdrətmək istəyindədi. Axı, onu da unutmayaq ki, "Qarabağ" başa çatdırıkmayan ötən çempionatda yeganə məğlubiyyətini məhz bugünkü rəqibindən, məhz bu gün meydana çıxacağı stadionunda alıb - 1:2. Son üç qarşılaşmada qələbəyə həsrət qalan Qurban Qurbanovun yetirmələri Avropa Liqasının pley-offu ərəfəsində uğursuzluğa son qoymağa çalışacaq. Ancaq onu da nəzərə alaq ki, komandada zədə problemləri yetərincədi. Həm bu amil, həm Ağdam klubunun daha çox qrupa düşmək matçını düşünməsi sumqayıtlıların nəticə qazanmaq şansını artırır. 

 

Turun digər matçları Bakıda baş tutacaq. İkinci oyun gününə turnir cədvəlinin əks qütblərində qərarlaşan komandaların görüşüylə start veriləcək. Məğlubiyyətləri sıralayan autsayder “Səbail” nəhayət,  ilk xalını qazanmağa ümidlidir. Yeni lider “Sabah” isə ardıcıl 3-cü qələbə ilə 1-ci pillədə mövqeyini qorumağa köklənib.

 

Premyer Liqanın məğlubiyyətsiz, qol buraxmayan yeganə komandası “Keşlə” ev sınağına çıxacaq. Yunis Hüseynovun yetirmələri “Zirə” ilə görüşdə qolsuz heç-heçələr seriyasına qələbə ilə son qoymağa çalışacaq. Rəşad Sadıqovun komandası isə ev məğlubiyyətindən sonra toparlanaraq xal hesabını artırmalıdır.

 

Tura “Dalğa Arena”da yekun vurulacaq. Qələbə həsrətində olan “Qəbələ” liderlər triosunu qapayan “Neftçi”nin qonağı olacaq. Hələ ki qeyri-sabit çıxış edən bakılılar liderlər qrupundan qopmamaq üçün turu itkisiz keçməlidir. Füzuli Məmmədovun yetirmələri son ev görüşündəki məğlubiyyəti bu qarşılaşmada unutdurmalıdır. Qonaqlar isə ilk qələbə və səfərdəki ilk xala görə mübarizə aparacaq. "Qəbələ"nin bunadək paytaxt səfəri çox uğursuz alınaraq "Sabah"a böyükhesablı məğlubiyyətlə nəticələnib - 0:3. Onu da bildirək ki, "Neftçi" öz stadionu "Bakcell Arena"nın qazonunda yenidənqurma işlərinə görə rəqibini Mərdəkanda qəbul edəcək. 

 

 

Azərbaycan Premyer Liqası
IV tur

25 sentyabr (cümə)

19:00. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Ruhulla Kərimov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Sumqayıt. “Kapital Bank Arena” stadionu

 

26 sentyabr (şənbə)

18:00. “Səbail” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Tural Qurbanov
Hakim-inspektor: Zöhrab Qədirov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Bakı. “ASCO Arena” stadionu

 

20:15. “Keşlə” – “Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Rahil Ramazanov, Cavanşir Yusifov, Namiq Bəkirov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Bakı. “ASK Arena” stadionu

 

27 sentyabr (bazar)

19:00. “Neftçi” – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Fərid Hacıyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Bakı. “Dalğa Arena” stadionu

football24
20 Oktyabr 2020
19 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB