TOP 10

“Qarabağ”ın taleyi Varşavada bilinəcək

Futbol
Tarix: 2020-09-25 00:25

Azərbaycanın arokuboklarda qalan yeganə təmsilçisi “Qarabağ”ın növbəti rəqibi müəyyənləşib. Sport24.az xəbər verir ki, Azərbaycan çempionu Avropa Liqasının pley-offunda Polşa təmsilçisi “Legiya” ilə qarşılaşacaq.

 

Bu, III təsnifat mərhələsinin az əvvəl başa çatan “Legiya” – “Drita” matçından sonra dəqiqləşib. Kosovo təmsilçisi ilə görüşdə ilk hissədə vurduğu 2 cavasız qolla inamlı qələbə qazanan Polşa çempionu pley-offa yüksəlib.

 

“Legiya” – “Qarabağ” matçı oktyabrın 1-də baş tutacaq. Bir oyundan ibarət mərhələnin qarşılaşması Varşavada keçiriləcək.

 

Avropa Liqası
III təsnifat mərhələsi
24 sentyabr
22:30. “Legiya” (Polşa) – “Drita” (Kosovo) – 2:0

Qollar: Pavel Vazolek, 24, Tomas Pekhart, 43
 

football24
26 Oktyabr 2020
25 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB