TOP 10

Abbaszadə başlayacaq, Abbasov yekun vuracaq

Futbol
Tarix: 2020-09-25 10:00

"CBC Sport"un Premyer Liqamızda IV turun şərhçi təyinatları bəllidi. Sport24.az xəbər verir ki, turun açılış matçını Gündüz Abbaszadə şərh edəcək. Söhbət bu gün saat 19:00-da "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" - "Qarabağ" matçından gedir. 

 

Sabah günün ilk oyununu Elnur Məmmədlinin şərhində izləyəcəyik. Bu, saat 18:00-da "ASCO Arena"da baş tutacaq "Səbail" - "Sabah" görüşüdü. Bundan sonra - saat 20:15:-də "ASK Arena"da start götürəcək "Keşlə" - "Zirə" qarşılaşmasının şərhçisi Pərviz Musayev olacaq.

 

Nəhayət, tura Şəmsəddin Abbasov yekun vuracaq. "CBC Sport"un baş redaktoru bazar günü saat 19:00-da "Dalğa Arena"da keçiriləcək "Neftçi" - "Qəbələ" matçında şərhçilik edəcək. 

football24
20 Oktyabr 2020
19 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB