TOP 10

Dieqo Qodinin yeni klubu bəlli oldu

Dünya Futbolu
Tarix: 2020-09-25 11:41

İtaliyanın “Kalyari” klubu heyətini yeni futbolçularla gücləndirib. Sport24.az xəbər verir ki, A Seriyası təmsilçisinin əsas transferlərindən biri Dieqo Qodindir.


Milan “İnter”indən transfer olunan uruqvaylı müdafiəçi yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.


Qodin “İnter”ə ötən mövsümün əvvəlində Madrid “Atletiko”sundan transfer edilmişdi. 34 yaşlı futbolçu Milan təmsilçisində geridə qalan mövsümdə 36 rəsmi oyuna çıxıb, 2 qol vurub. Onun karyerasının böyük hissəsi (2010-2019) “Atletiko”ya aiddir. Uruqvay yığmasında 135 oyun keçirmiş təcrübəli futbolçu daha öncə “Vilyarreal”, “Nasional” və “Serro” klublarında da oynayıb.


“Kalyari” Fransanın “Ayaçço” klubundan Matteo və Lisandru Tramoni qardaşlarını da heyətinə qatıb. 20 yaşı olan yarımmüdafiəçi Matteo ilə 5, 17 yaşlı hücumçu Lisandro ilə də 3 illik müqavilə imzalanıb. Fransız futbolçuların hər ikisi “Ayaçço”nun öz yetirməsidir. Matteto 2017-ci ildən bu klubun əsas komandasında forma geyinirdi.

football24
20 Oktyabr 2020
19 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB