TOP 10

“Spetsiya” “İnter” və “Milan”ın futbolçuları ilə gücləndi

Dünya Futbolu
Tarix: 2020-09-25 15:21

İtaliyanın “Spetsiya” klubu heyətini yeni futbolçularla gücləndirib. Sport24.az xəbər verir ki, A Seriyası təmsilçisi “Sampdoriya”dan müdafiəçi Julian Şabonu, “İnter”dən yarımmüdafiəçi Lusyen Aqumeni, “Milan”dan yarımmüdafiəçi Tommaso Pobeqanı, “Kalyari”dən hücumçu Dieqo Fariasla yarımmüdafiəçi Alessandro Deyolanı heyətinə qatıb.
 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onların hamısı mövsümün sonuna qədər icarəyə götürülüb.


18 yaşlı Aqume 2019-cu ilin yayında “Soşo”dan “İnter”ə keçib. Fransız yarımmüdafiəçi Milan klubunun əsas komandasında 3 rəsmi oyuna çıxıb.


21 yaşlı Pobeqa isə “Milan”ın öz yetirməsidir. İtalyan futbolçu son iki mövsümdə “Ternana” və “Pordenone”də də icarədə oynayıb.


22 yaşlı Şabo “Leyptsiq”in yetirməsidir. O, “Sampdoriya”da 2019-cu ildən forma geyinir. Almaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış müdafiəçi, Rotterdam “Sparta”sı ilə “Qroningen”də də çıxış edib.


25 yaşlı Deyola peşəkar karyerasına 2014-cü ildə “Kalyari”də başlayıb. İtalyan futbolçu həmin dövrdən bəri “Tuttokuoyo”, “Parma” və “Leççe”də də icarədə oynayıb.  “Spetsiya” bu futbolçunu 2016/17 mövsümündə də icarəyə götürüb. Həmin dövrdə o, bu komandada 14 oyuna 1 qola imza atıb.


Braziliyalı olan Fariasın karyerası bütünlüklə İtaliyaya aiddir. 30 yaşlı futbolçu bu ölkədə “Verona”, “Foccia”, “Noçerina”, “Padova”, “Sassuolo”, “Empoli” və “Leççe” kimi klublarda forma geyinib. Hücumçu 2014-cü ildən “Kalyari”nin uğurları üçün çalışır.

football24
20 Oktyabr 2020
19 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB