TOP 10

“Real”dan koronavirus təkzibi

Dünya Futbolu
Tarix: 2020-09-23 23:00

Madrid “Real”ı yarımmüdafiəçisi Martin Edeqorda koronavirus aşkarlanması barədə xəbərləri təkzib edib. Sport24.az xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.


Xəbərdə klubun heç bir futbolçusunun koronavirus pandemiyasına yoluxmadığı diqqətə çatdırılıb. Bildirilir ki, komandanın məşqçi və futbolçu heyəti, eyni zamanda klub işçilərindən test götürülüb, bütün cavablar neqativ çıxıb. Bu üzdən də Edeqorun koronavirusa yoluxması ilə bağlı yayılan xəbərlərin həqiqəti əks etdirmədiyi vurğulanıb.


Qeyd edək ki, İspaniya La Liqasında mövsümə “Real Sosyedad”la oyundakı qolsuz bərabərliklə start verən “Real” 3-cü turda sentyabrın 26-da “Betis”in qonağı olacaq.

football24
26 Oktyabr 2020
25 Oktyabr 2020
B.eÇ.aÇC.aCŞB